Slovakiya Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - ÖZƏL
12 Dekabr 2024 12:35 DünyaOlaylar.az xəbər verir ki, hazırda Braziliyada rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fiko bəyan edib ki, Slovakiya Avropada yeni dəmir pərdənin yaranmasına qarşı çıxmaqla Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir.
O, Braziliyanın "Folha de S. Paulo" qəzetinə müsahibəsində deyib : "Mən Rusiya ilə münasibətləri normallaşdırmaq və normal dialoqa başlamaq istəyirəm, çünki hazırkı vəziyyət normaldan uzaqdır. Mən zəmanət verirəm ki, müharibə başa çatdıqdan sonra münasibətlər qarşılıqlı maraqlar əsasında yenidən qurulacaq. Hamı Rusiya ilə məşğul olacaq və onlarla ticarət etməyə çalışacaq".
Fikonun sözlərinə görə, o, 1946-cı ildə SSRİ ilə ABŞ arasında soyuq müharibənin başlanğıcında Böyük Britaniyanın baş naziri Uinston Çörçillin işlətdiyi terminə istinad edərək, Rusiya ilə Avropa arasında yeni "dəmir pərdə"nin yaranmasına qarşıdır.