Alman kansleri Olaf Şolts Putinlə növbəti telefon danışığı etmək istəyir- ÖZƏL
12 Dekabr 2024 12:27 DünyaAlman kansleri Olaf Şolts, Rusiya prezidenti Vladimir Putinlə yenidən telefon danışığı aparmaq istəyir.
Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın Die Zeit qəzetində məlumat verilib.
Qəzetin məlumatına görə, Şolts bu addımı atmağı planlaşdırır: "Şolts bunu bir daha etmək istəyir", - deyə qeyd olunur.
Jurnalistlərin verdiyi məlumata görə, Şoltsun Moskvaya etdiyi ilk zəng bir sıra Avropa ölkələrinin etirazlarına səbəb olub.
Xatırladaq ki, noyabr ayının ortalarında Almaniya tərəfinin təşəbbüsü ilə, 2022-ci ilin dekabrından sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putin və Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. Bu barədə Kreml məlumat yayıb.
Daha sonra, artıq Kiyevdə olan Şolts, Rusiya liderinə "mesaj" göndərib və bu mesaj Almaniyanın Ukraynada sülhə ehtiyacı olmadığını vurğulayıb.