Yeni Avropa komissarı: Rusiya yanacağına qarşı kampaniya uğursuz olub – ÖZƏL

Avropa Komissiyasının yeni enerji üzrə komissarı Dan Yorgensen bildirib ki, Avropa İttifaqının uzunmüddətli Rusiya yanacağından imtina kampaniyası uğursuz olub və bu problemi həll etmək üçün yeni bir yanaşma tələb edir. 

Olaylar.az xəbər verir ki, o, bu barədə Politico qəzetinə verdiyi müsahibədə danışıb.

Yorgensenin sözlərinə görə, indi hər kəs üçün aydındır ki, bir şeylər dəyişməlidir, çünki hazırda vəziyyət "səhv istiqamətdə irəliləyir".

Avropa Komissarının dediklərinə görə, Aİ-nin Rusiya qazını idxalı artdıqca ciddi problemə çevrilir. O, problemləri həll etmək üçün effektiv vasitələr və alətlər daxil edəcək praktik şəkildə həyata keçirilə bilən bir yol xəritəsinin hazırlanması zəruriliyini vurğulayıb.

Komissar həmçinin bildirib ki, onun planı ilk növbədə qaz, neft və nüvə enerjisi sahəsində olacaq. Bu plan 2025-ci ilin mart ayında vəzifəyə başlamasından sonra ilk 100 gündə həyata keçiriləcək.

Politico həmçinin Kpler analitik şirkətinin məlumatlarına istinad edərək qeyd edib ki, Rusiya enerji mənbələrindən imtina etmək üçün edilən cəhdlər son aylarda ciddi uğursuzluğa uğrayıb və 2024-cü ildə Aİ-nin Rusiyadan təxminən 10% daha çox LNG idxal etməsi proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31