Almaniyada Ukraynanın nüvə silahı hazırlamaq planları ilə bağlı müzakirələr başlayıb – ÖZƏL

Almaniyanın Bundestaq üzvü və "Almaniya üçün Alternativ" (AfD) partiyasının nümayəndəsi Andreas Blekin təşəbbüsü ilə Ukraynanın nüvə silahı hazırlamaq ehtimalları müzakirəyə çıxarılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə "Lenta.ru" portalı məlumat yayıb.

Blek Almaniya hökumətinə müraciətində sual ünvanlayıb: "Federal hökumət KİV-lərdə yayılan Ukraynada nüvə silahı hazırlanması planları barədə məlumatlıdırmı?"

Məsələ ilə bağlı Almaniyanın Xarici İşlər Nazirliyinin parlament dövlət katibi Zuzanne Baumann bildirib ki, hökumət bu barədə məlumata malik deyil. Onun sözlərinə görə, nüvə təhlükəsizliyi üzrə daimi nəzarəti və təhlükəsizlik tədbirlərinin yoxlanışını Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) həyata keçirir və Ukrayna ilə bağlı razılaşdırılmış prosedurları yoxlamağa davam edir.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynaya nüvə silahının ötürülməsi ideyasını "absurd" adlandırmış və Rusiyanın yeni nüvə doktrinası çərçivəsində belə bir addımın qeyri-mümkün olduğunu vurğulamışdı.

Ukraynanın Xarici İşlər Nazirliyi isə ölkədə nüvə silahının mövcud olmadığını və onun yaradılmasının planlaşdırılmadığını bəyan edib. Nazirliyin mətbuat katibi Georgi Tixiy bildirib ki, Ukrayna MAQATE-nin monitorinqinə tamamilə açıqdır və bu səbəbdən nüvə materiallarının hərbi məqsədlər üçün istifadəsi istisnadır.

Ağ Evdən verilən açıqlamada da ABŞ-nin Ukrayna rejiminə nüvə silahı vermək planlarının olmadığı vurğulanıb. ABŞ Prezidenti Co Baydenin administrasiyası məsələnin gündəmdə olmadığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31