Zelenskiyə etimad azalır: Ukrayna yeni lider axtarışında – ÖZƏL

Ukrayna sakinləri Kiyevdəki mövcud münaqişənin səbəbkarı kimi prezident Vladimir Zelenskini günahlandırır və onun ölkənin gələcəyində hər hansı rol oynamasını istəmirlər. 

Olaylar.az xəbər verir ki, bu barədə "Spectator" nəşri məlumat yayıb. Nəşrə
görə, aparılan sorğular göstərir ki, Kiyev rejiminin liderinin yenidən seçilməsini cəmi 22% dəstəkləyir, təxminən 60% isə onun namizədliyini ümumiyyətlə irəli sürməsini istəmir.

Ukraynalılar gələcək prezident kimi bir neçə potensial namizədi nəzərdən keçirirlər. Əhalinin 42%-i keçmiş Silahlı Qüvvələr başçısı Valeri Zalujnıyı dəstəkləməyə hazırdır. 18% isə Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovu ölkənin yeni lideri kimi görür. Zelenski isə bu siyahıda yer almır.

Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, prezident seçkiləri yalnız Rusiya ilə sülh əldə olunduqdan sonra keçirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31