Kanada ABŞ-ni enerji təchizatını dayandırmaqla təhdid edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kanada, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanada mallarına 25 faizlik gömrük rüsumları tətbiq edəcəyi təqdirdə, bu ölkəyə enerji və neft tədarükünü dayandıracağını açıqlayıb. Bu barədə Ontario əyalətinin rəhbəri Daq Ford bəyan edib.

Ford qeyd edib ki, Kanada ABŞ-nin atdığı addımların dərəcəsindən asılı olaraq sərt tədbirlər görəcək:
"Biz bütün vasitələrdən istifadə edəcəyik, hətta onları enerji resurslarından məhrum etməyə qədər gedəcəyik."

Bu məsələ Kanadanın bütün əyalət rəhbərlərinin iştirakı ilə keçirilən iclasda müzakirə edilib. Toplantıda ölkənin baş naziri Castin Trüdo da iştirak edib.

Qeyd edək ki, Kanada ABŞ-a neft ixracının 60 faizini, elektrik enerjisinin isə 85 faizini təmin edir.

ABŞ, Meksika və Kanada əvvəllər azad ticarət zonasını nəzərdə tutan razılaşma ilə bağlı idilər. Lakin Trampın təklif etdiyi tədbirlər narkotik qaçaqmalçılığına və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirmək məqsədini daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31