Netanyahu HHQ-nin Suriyadakı strateji hərbi hədəflərə zərbə endirməsinə icazə verib
10 Dekabr 2024 21:40 Dünyaİsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyada Bəşər Əsəd ordusu tərəfindən tərk edilmiş strateji hərbi obyektlərə aviazərbələr endirməsinə icazə verdiyini bildirib.
Bu barədə İsrailin baş nazirinin mətbuat xidməti xəbər verib.
"Biz Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik, lakin təbii ki, təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi etmək niyyətindəyik. Bu kontekstdə Suriya ordusunun tərk etdiyi strateji hərbi obyektlərin cihadçıların əlinə keçməsinin qarşısını almaq üçün hava qüvvələrinin zərbələrini təsdiqlədim", - deyə Netanyahu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31