Suriyanın ərazi bütövlüyünün qorunması vacibdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub.

Olaylar.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, tərəflər arasında regional və qlobal məsələlər, eyni zamanda Suriyadakı son hadisələri müzakirə edilib.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31