Hindistanda dəhşətli hadisə: Leopar iki yaşlı uşağı öldürdü – ÖZƏL
10 Dekabr 2024 15:28 DünyaHindistanın Şimali Kəşmir bölgəsində yerləşən Şarxama kəndində iki yaşlı uşaq vəhşi leopar tərəfindən öldürülüb.
Olaylar.az xəbər verir ki, bu haqda "The Mirror" məlumat yayıb. Məlumatına görə, kiçik Hasnain Nisar ailəsinin evinin həyətində qan gölməçəsi içində tapılıb. Uşağın bədənində leoparın diş izləri aşkar edilib.
"Hazırda yas tutan ailəyə dərin hüznlə başsağlığı verirəm. Təbii ehtiyatlar xidməti nümayəndələrinin yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməsi lazımdır," - deyə Cammu və Kəşmir məclisinin üzvü Şeyx Xurşid baş verən faciə ilə bağlı açıqlama verib.
Uşaq tapılarkən hələ sağ imiş, lakin təcili olaraq xəstəxanaya çatdırılmasına baxmayaraq, həkimlərin bütün səylərinə rəğmən, həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə təəssüf ki, tək deyil. Hindistan və Pakistan sərhədinə yaxın ərazilərdə vəhşi leoparların insanlara hücumu ilə bağlı oxşar hallara tez-tez rast gəlinir və bu cür hücumlar çox vaxt ölümcül nəticələnir.
Rəsmilər bu cür vəhşi heyvanların tutulması üçün tədbirlər görsələr də, leoparların izini tapmaq və onları zərərsizləşdirmək həmişə mümkün olmur.