Lukaşenko: Belarus hipersəsli raketlərin məqsədlərini müstəqil müəyyən edəcək – ÖZƏL

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi orta mənzilli hipersəsli "Oreşnik" raketlərinin hədəflərini müstəqil olaraq müəyyən edəcək, lakin lazım gəldikdə raketin idarəetməsində Rusiya ilə birlikdə iştirak edəcək. 

Olaylar.az xəbər verir ki, Belarus liderinin sözlərini BelTA yayımlayıb.

"Hədəfləri Belarusda biz müəyyən edəcəyik, rusiyalılar yox. Lakin onların istismarında Rusiya bizə kömək edəcək. Yəni, Allah eləməsin, lazımlı olduğu halda düyməyə birlikdə basacağıq. Amma qərarı biz verəcəyik," - deyə Lukaşenko qeyd edib.

Eyni zamanda Lukaşenko açıqlayıb ki, Belarus 2025-ci ilin ikinci yarısında "Oreşnik" raketini əldə edəcək. Bu raket üçün buraxılış qurğuları isə yerli mütəxəssislər tərəfindən hazırlanacaq.

Bundan əvvəl Lukaşenko, Belarusun qərb sərhədlərində, xüsusən Litva və Polşa tərəfindən yaranan vəziyyətin ölkəni ciddi şəkildə narahat etdiyini vurğulamışdı. Onun sözlərinə görə, bu bölgədəki təhdid, Ukrayna sərhədlərindəki vəziyyətdən daha təhlükəlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31