Gürcüstanda fövqəladə vəziyyət elan olunur?

Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək imkanını nəzərdən keçirir.

Olaylar xəbər verir ki, bu barədə müxalif "Atavari Arx" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hakim Gürcü Arzusu Partiyası dekabrın 29-da Mixail Kavelaşvilini Gürcüstanın yeni prezidenti təyin etməyi planlaşdırır.

Bundan sonra partiya fövqəladə vəziyyətin tərkib hissəsi kimi komendant saatı tətbiq etmək niyyətindədir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31