İran nüvə silahı əldə edə bilər - ABŞ narahatdır
10 Dekabr 2024 13:36 DünyaBiz həmişə açıq şəkildə bildirmişik ki, Prezident Co Bayden heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, ancaq Tehranın bu silahı əldə etmək cəhdləri barədəki ehtimaldan hələ də narahatıq.
Olaylar xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
"Aydındır ki, bu, çoxdan narahat olduğumuz məsələdir və bunu uzun müddətdir izləyir, müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya edirik", - o əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Milli Kəşfiyyat İdarəsi öz hesabatında bildirib ki, Tehran hələ nüvə silahı istehsal etməyib, ancaq tez bir zamanda nüvə silahı istehsal etmək mərhələsinə çata biləcək addımlar atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31