Avstraliyada beyni məhv edən amöba: Populyar çimərlik bağlandı – ÖZƏL

Avstraliya təbiəti təhlükəli və qorxulu canlıları ilə tanınır, lakin bu dəfə ölkənin sahillərində tapılan bir orqanizm planetin diqqətini çəkib. 

Olaylar.az xəbər verir ki, Avstraliyanın qərbində yerləşən məşhur çimərliklərdən biri, insan beynini məhv edən amöbanın aşkarlanmasından sonra bağlanıb.

Hadisə Drayksbruk su bəndində qeydə alınıb. Bu su bəndi Varuna adlı kiçik bir şəhərdə, Pert şəhərinin 100 kilometr cənubunda yerləşir. Planlı su yoxlamaları zamanı beyini məhv edən Naegleria fowleri amöbası aşkar edilib və təhlükənin qarşısını almaq üçün əraziyə giriş bağlanıb.

"Naegleria fowleri" adlanan bu amöba, əsasən isti suda və torpaqda yaşayır və adətən insanların və heyvanların burunlarından beyinə daxil olur. Nəticədə isə meninqoensefalit adlı ölümcül xəstəlik yaranır, bu da beynin toxumalarının tamamilə məhv olması ilə nəticələnir.

Varuna bölgəsinin rəhbərliyi hazırda bu təhlükəli amöbanın aradan qaldırılması üçün işlər aparır. Xüsusilə çimərliklərdə təhlükəsizliyin bərpa olunması üçün tədbirlər görülür. Təbiətinin gözəlliyi ilə yanaşı təhlükələri ilə də məşhur olan Avstraliya bir daha diqqət mərkəzinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31