Rusiya xüsusi hərbi əməliyyatların məqsədlərinə çatmağa yaxındır - ÖZƏL
10 Dekabr 2024 12:46 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, Moskva xüsusi hərbi əməliyyatının məqsədlərinə yaxınlaşır, Ukrayna ordusu isə potensial süqutla üz-üzədir.
"Cəbhə xəttində vəziyyət Kiyevin xeyrinə deyil. Biz bütün sahələrdə təşəbbüsü saxlayırıq və məqsədlərimizə çatmağa yaxınıq, Ukrayna silahlı qüvvələri isə dağılmaq ərəfəsindədir və Zelenski rejimi legitimliyini itirib" - o, deyib.
Narışkinin sözlərinə görə, Rusiyada qeyri-sabitlik yaratmaq cəhdləri uğursuz alınıb. "Xalq başa düşür ki, biz Kiyev xuntasına qarşı deyil, kollektiv Qərbə qarşı mübarizə aparırıq və bu qarşıdurmada azadlığımız və suverenliyimiz təhlükə altındadır", - SVR rəhbəri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31