Qərb Ukraynaya 454 milyon dollar ayırır: Ukrayna səhiyyəsi üçün yeni yardım – ÖZƏL
10 Dekabr 2024 11:59 DünyaOlaylar.az xəbər verir ki, dünya Bankı, Ukraynanın səhiyyə sahəsinin inkişafına kömək məqsədilə Kiyevə 454 milyon dollar ayıracağını açıqlayıb. Bu məbləğ, THRIVE proqramı çərçivəsində təqdim ediləcək və müharibə şəraitində səhiyyə sisteminin islahatına dəstək məqsədini daşıyır.
Ukraynanın baş naziri Denis Şmıhal bildirib ki, bu vəsait Kiyevin mövcud səhiyyə islahatlarını dəstəkləməyə yönələcək. Şmıhalın sözlərinə görə, həmin məbləğ Dünya Bankı tərəfindən, Yaponiya hökumətinin dəstəyi və URTF fondunun qrantları ilə veriləcək.
Baş nazir həmçinin qeyd edib ki, THRIVE yalnız səhiyyə sahəsinə deyil, eyni zamanda kənd təsərrüfatı və energetika kimi digər strateji sahələrin inkişafını da maliyyələşdirir. Bu yardımların məqsədi Ukraynanın həyat fəaliyyəti üçün zəruri olan infrastrukturları gücləndirməkdir.