İsrailin Suriyaya girməsinə ABŞ-dan reaksiya
10 Dekabr 2024 11:41 Dünyaİsrailin Suriya ərazisinə girməsi müvəqqəti vəziyyətdir.
Olaylar xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
"Hər bir ölkənin terror təşkilatlarına qarşı tədbir görmək hüququ var. Suriya ordusu müzakirə mövzusu olan İsrail-Suriya bufer zonası ətrafındakı mövqelərini tərk edib. Bu da İsraili və onun vətəndaşlarını potensial olaraq təhdid edən, terror təşkilatları tərəfindən doldurula biləcək bir boşluq yaratdı", - M.Miller deyib.
Qeyd edək ki, İsrail tankları bufer-zonanı keçib və Suriyanın cənubundakı Qatana qəsəbəsi yaxınlığına yerləşib. Baş nazir Netanyahu isə İsrailin Qolan təpələrində "əbədi olaraq" qalacağını bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31