Narışkin: “Qərb Avrasiyada konfliktə yol aça bilər” – ÖZƏL
10 Dekabr 2024 11:21 DünyaRusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Qərbin yaxın gələcəkdə Avrasiyada mərkəzləşən qlobal bir münaqişə başlatmağa cəhd edə biləcəyini bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə o, "Razvedçik" jurnalına verdiyi müsahibədə bəyan edib.
Narışkin Qərb ölkələrinin öz hegemonluqlarını qorumaq üçün son dərəcə addımlar atmağa hazır ola biləcəyini də vurğulayıb.
"Gələcəkdə mümkün hadisə gedişatlarından biri Qərbin Avrasiyada qlobal silahlı münaqişə başlatmağa cəhd etməsidir," - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31