Bəşər Əsəd Suriyadan 135 milyard dollar aparıb
10 Dekabr 2024 10:20 DünyaSuriyada 61 illik Baas rejiminin süqutundan sonra prezident Bəşər Əsəd Rusiyaya qaçıb. Əsədin ölkəsini tərk edərkən neçə milyard dollar qaçırdığı üzə çıxıb.
Olaylar xarici KİV-lərə istinadla xəbər verir ki, Suriya rejiminin kəşfiyyatçısı Xalid Beyyenin sözlərinə görə, Bəşər Əsəd ölkədən qaçarkən 135 milyard dollar aparıb.
"Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi",- deyən Beyye əlavə edib ki, proses zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib. (Reyting.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31