“Nautilus” tədqiqatı nadir canlı ilə nəticələndi- ÖZƏL

Olaylar.az xəbər verir ki, NOAA Ocean Exploration Trust-a məxsus "Nautilus" tədqiqat gəmisinin 15 ildən çox davam edən araşdırmaları və 1000-dən çox ekspedisiyası nəhayət nəticə verdi. 3 dekabr tarixində Palau Dəniz Milli Qoruğunda keçirilən 17 günlük araşdırma zamanı tədqiqatçılar "Hercules" ROV aparatı ilə Palau nautilus (Nautilus belauensis) növündən dörd nüsxə aşkar ediblər.

Qədim dəniz canlısı
Spiralvari qabığı ilə tanınan bu qədim molyusklar Yer üzündə ən qədim heyvan ailələrindən birinə aiddir. Onların görünüşü 500 milyon ildən artıqdır dəyişməyib. Nautiluslar 50-dən 90-dək tentakla qida və partnyor axtarır, zəif görmə qabiliyyətlərini isə iti qoxu hissi ilə kompensasiya edirlər. 220-375 metr dərinlikdə aşkar edilən bu canlılar, hətta 750 metr dərinliyədək yaşaya bilirlər.

Ədəbiyyat və təbiət bağlantısı
"Nautilus" gəmisi adını molyusklardan deyil, Jül Vernin "20 min lye su altında" romanındakı kapitan Nemo-nun sualtı qayığından alıb. Maraqlıdır ki, həm gəmi, həm də nautiluslar suyun dərinliklərində şaquli hərəkət edə bilir.

Bu nadir tapıntı, dəniz tədqiqatlarında vacib bir nailiyyət kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31