Senator Pol ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb etdi- ÖZƏL

ABŞ-nin Respublikaçı senatoru Rand Pol Amerika hökumətinə çağırış edərək, Suriyadakı hərbi qüvvələrin dərhal geri çəkilməsini tələb edib.

Senator sosial şəbəkədə yazıb: "Əsgərlərimizi evə qaytarın! Bu bizim müharibəmiz deyil."

Pol qeyd edib ki, Suriyada yerləşdirilmiş 900 Amerika əsgəri nə sülhü qoruyan güc, nə də təsir vasitəsidir - onlar daha çox hədəfə çevrilir.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Suriyada baş verən hadisələrə qarışmamağı, bunun Amerika üçün lazımsız müharibə olduğunu bildirmişdi.

Hazırkı prezident Co Bayden isə Vaşinqtonun Suriyadakı müxalif qüvvələrlə "hakimiyyətin ötürülməsi prosesində" əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Pentagonun açıqlamasına görə, ABŞ Suriyada hərbi iştirakını artırmağı planlaşdırmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31