Suriyada yeni qadağalar
9 Dekabr 2024 18:07 DünyaSilahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qadağan edib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-Vətən" nəşri məlumat yayıb.
"Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır. Onlara qarşı hər hansı təhdid etmək də qadağandır", - məlumatda qeyd olunub.
Bildirilib ki, əmri pozmağa görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə də qadağa qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31