Rusiya zərbələri: Ukraynada sənaye zonası və dəmir yolu qovşağı məhv edildi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya ordusunun güclü və ani zərbələri Ukraynada ciddi təsir yaradıb. Müdafiə sistemləri zərbələrə cavab verməyə belə macal tapmadan, Rusiya atəş sistemləri Ukrayna hərbi obyektlərinə dağıdıcı hücumlar həyata keçirib.

Xarkov vilayətinin Zolochev qəsəbəsində yerləşən sənaye zonası və dəmir yolu qovşağı böyük kalibrli reaktiv yaylım atəş sistemləri (RSZO) ilə yer üzündən silinib. Bu ərazidə ağır hərbi texnikanın təmiri həyata keçirilir və hərbi təyinatlı yüklərin yüklənməsi və boşaldılması üçün dəmir yolu platformaları yerləşirdi.

Sumi vilayətində isə Esman qəsəbəsindəki dəmir yolu stansiyasına artilleriya zərbələri endirilib. Həmin anda stansiyada Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi yüklər boşaldılırdı. Hücum nəticəsində güclü partlayışlar və yanğınlar baş verib. Yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları hələ də ərazidə çalışır.

Rusiyanın Xarkov vilayətindəki zərbələrindən biri, keçmiş kənd təsərrüfatı texnikası zavodunun yerləşdiyi sənaye zonasını hədəf alıb. Bu ərazidə Ukrayna zirehli texnikasının bərpası həyata keçirilirdi. Məlumata görə, obyekt Rusiya hərbi kəşfiyyatının diqqət mərkəzində idi.

Hərbi ekspert Vladimir Yeranosyanın sözlərinə görə, zərbə qərarları proqnozlaşdırılan hərəkətliliyə və Rusiya tərəfdarı yeraltı qruplar tərəfindən təmin edilən koordinatlara əsasən sürətlə qəbul edilib. Bu, hücumların səmərəliliyini maksimum səviyyəyə çatdırıb.

Xarkov və Sumi vilayətlərindəki yanğınların hələ də davam etməsi bu zərbələrin dağıdıcı təsirini bir daha sübut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31