Bəşər Əsəd ABŞ-nin təklifini rədd etdi: Suriya ilə bağlı gərginlik artır – ÖZƏL

Suriyada vəziyyətin gərginləşməsi ərəfəsində ölkə prezidenti Bəşər Əsəd ABŞ-nin onun hakimiyyətini gücləndirəcək təklifini rədd edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Washington Post qəzeti yazır.

Məlumata görə, Əsədə bir neçə dünya gücündən, o cümlədən ABŞ-dən təkliflər gəlib. ABŞ ona sanksiyaların ləğvi və hakimiyyətini gücləndirmək qarşılığında İranla əlaqələri dayandırmağı təklif edib. Təklifə əsasən, Əsəd İranın Suriyada quru yollarından istifadəsini qadağan etməli idi.

"Onun bəzi məsləhətçiləri ABŞ-nin dolayı yolla etdiyi bu təklifi qəbul etməyi tövsiyə edirdilər," - deyə keçmiş suriyalı diplomat Bassam Barabandi bildirib.

Bununla yanaşı, Əsədin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini də rədd etdiyi qeyd edilir. Ərdoğan kürd qüvvələrinin məhdudlaşdırılması və müxalifətlə kompromis müqabilində Ankara ilə münasibətləri normallaşdırmağı təklif etmişdi. Lakin Əsəd bu təklifdən də imtina edib. Analitiklərə görə, bu, Əsədin ən böyük strateji səhvlərindən biri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31