Trampdan şok təklif: Kanada və Meksikanı ABŞ-yə Birləşdirmək İstəyi – ÖZƏL
9 Dekabr 2024 20:31 DünyaABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kanada və Meksikanı ölkəsinin tərkibinə daxil etməyi təklif edib. Bu təklifin məqsədi, onun fikrincə, ABŞ hökumətinin maliyyə vəsaitlərini qənaətlə istifadə etməsi ola bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Newsweek jurnalı məlumat yayıb.
"Biz hər il Kanadaya 100 milyard dollardan çox, Meksikaya isə təxminən 300 milyard dollar subsidiya ayırırıq. Biz bunu etməməliyik. Niyə bu ölkələrə subsidiya veririk? Bunun əvəzinə qoy yeni ştatlara çevrilsinlər," - deyə Tramp bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31