Dünyaca məşhur jurnal Makronu xoruza bənzətdi - FOTO

Dünyanın məşhur jurnalı Fransa prezidenti Makronu xoruza bənzədib.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın nüfuzlu "The Economist" jurnalında Fransadakı siyasi böhranla bağlı məqalə dərc olunub

Məqalənin əsas fotosunda isə gözü bağlı xoruzun uçuruma doğru getdiyi görünür.

Məqalədə Makronun il ərzində 3 baş nazir itirdiyi bildirilir. Jurnal Baş nazirin istefasını Makronun məğlubiyyəti kimi qiymətləndirir.

Qeyd edək ki, xoruz Fransanın əsas simvollarından biridir. 

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31