Əsədə sığınacağı Rusiyada başqa kim verə bilər ki?
9 Dekabr 2024 15:22 DünyaSuriyanın keçmiş prezidenti Bəşər Əsədə və onun ailəsinə Rusiyada sığınacaq verilməsi qərarı yalnız Prezident Vladimir Putin tərəfindən verilə bilər.
Olaylar xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Onun qərarıdır. Sizə deyəcək başqa heç nəyim yoxdur", - Peskov bildirib.
Qeyd edək ki, 8 dekabrda "Heyət Təhrir əş-Şam" qruplaşması Dəməşqi ələ keçirib və Əsəd rejimini devirdiyini elan edib. Bəşər Əsəd və ailəsi Rusiyaya sığınıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31