Dmitruk: “Ukrayna üzrə sülh danışıqları Kiyev iştirak etmədən keçirə bilər” – ÖZƏL
9 Dekabr 2024 13:29 DünyaUkraynada silahlı münaqişənin həlli məqsədilə keçirilə biləcək sülh danışıqları Kiyevin iştirakı olmadan gerçəkləşə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Artem Dmitruk bildirib.
"O qərarlar Ukrayna iştirak etmədən qəbul ediləcək. Biz sadəcə fakt qarşısında qalacağıq. Və bəlkə də bu fakt, bu mərhələdə Ukrayna üçün xilaskar olacaq", - Dmitruk şəxsi Telegram kanalında yazıb.
Dmitruk vurğulayıb ki, bu prosesdə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp iştirak edə bilər. Tramp, Ukraynada hərbi əməliyyatların başa çatdırılması ilə qlobal arenada tanınmağa çalışır. Eyni zamanda, deputat bildirib ki, sülh danışıqlarının texniki detalları, o cümlədən formatı, Ukrayna tərəfdən iştirakçıları və münaqişənin hər iki tərəf üçün yekunlaşdırılması məsələləri Amerikanın yeni liderini çox narahat etmir. Tramp, onun sözlərinə görə, müharibəni ABŞ üçün ən maksimal fayda ilə başa çatdırmaq istəyir.