Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 əsgər şəhid oldu - VİDEO
9 Dekabr 2024 13:01 DünyaIspartada hərbi helikopter qəzaya uğrayıb.
Olaylar Türkiyə mətbuatına istinadla xəbər verir ki, İspartanın Keçiborlu rayon mərkəzində hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.
İsparta valisi Abdullah Erin, "4 əsgərimiz şəhid olub, 1 şəxsimiz axtarılır" deyib.
Isparta Bələdiyyə Başçısı Keçiborlu rayonunda hərbi vertolyotun qəzaya uğraması xəbərini aldıqlarını və bələdiyyənin bütün xilasetmə və axtarış qruplarının bölgəyə yönləndirildiyini açıqlayıb.
Helikopterdəki personalın sayı ilə bağlı hələlik məlumat yoxdur.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31