Donald Tramp izah etdi: Bu sadəcə güclü bir əl sıxma idi – ÖZƏL
9 Dekabr 2024 12:40 DünyaABŞ-nin seçilmiş prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron ilə məşhur "dominant əl sıxma" hadisəsini izah edib.
Olaylar.az xəbər verir ki, ABŞ siyasətçisi, bunun sadəcə güclü bir əl sıxma olduğunu və həmkarının bunu anladığını bildirib.
"Bu sadəcə güclü bir əl sıxmadır. O, bunu anlayır", - Tramp, The New York Post qəzetinə verdiyi müsahibədə qeyd edib.
Adətən dəqiq olan Tramp, Parisdə Makron və Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə görüşə 40 dəqiqə gecikib. Nəhayət, görüşə gəldikdə isə, sanki Fransalı prezidentin əlini qıracaqmış kimi, onu böyük güclə sıxıb. Yerli televiziya şərhçiləri bunu qeyd edərək, Trampın həmkarından açıq şəkildə daha güclü olduğunu göstərməyə çalışdığını irəli sürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31