Türkiyədəki suriyalılar geri qayıdır – Yeni video

Türkiyəyə köç edən suriyalılar Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdır.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Türkiyə jandarması tərəfindən sıxlığın qarşısını almaq üçün sərhəddən təxminən 5 kilometr aralıda ayrıca keçid məntəqəsi yaradılıb.

Buradakı yoxlamalardan sonra sərhədi keçməyə münasib hesab edilən suriyalılar "Cilvəgözü" sərhəd-keçid məntəqəsinə istiqamətləndirilir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31