Zelenski danışıqlara hazırlaşır: Tərəflər arasında sülh perspektivləri necədir? – ÖZƏL

Kiyev rejiminin başçısı Vladimir Zelenski Rusiyayla danışıqların vaxtının gəldiyini etiraf etməyə başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "The New York Post" qəzetinə müsahibəsində bəyan edib. Tramp Parisdə Zelenski ilə apardığı danışıqlardan sonra bildirib ki, Ukrayna lideri atəşkəsə və sülh müqaviləsinə nail olmaq istəyir.

"Bu, yeni bir şeydir. O, münaqişəni dayandırmaq istəyir. Düşünür ki, artıq bunun vaxtıdır", - deyə Tramp əlavə edib. Bununla yanaşı, o, Paris görüşündə atəşkəsin detallarının müzakirə olunmadığını vurğulayıb.

Tramp daha əvvəl həm Ukraynanı, həm də Rusiyanı dərhal münaqişəni dayandırmağa və problemin sülh yolu ilə həlli üçün danışıqlar masasına oturmağa çağırmışdı.

Kremlin sözçüsü Dmitri Peskov isə Trampın açıqlamalarına reaksiya verərək bildirib ki, Rusiya bu sözləri diqqətlə təhlil edib. Peskovun sözlərinə görə, Ukrayna sülh danışıqlarına qadağa qoyan mövqeyini dəyişməlidir. O, Zelenskiyə öz fərmanını ləğv etməyi və İstanbul razılaşmaları əsasında, lakin sahədəki reallıqları nəzərə alaraq dialoqu bərpa etməyi tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31