İran Suriya ilə əməkdaşlıq üçün şərtini açıqladı
9 Dekabr 2024 10:58 DünyaTerrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir.
Olaylar xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib."Müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik", - o bildirib.
Qeyd edək ki, 8 dekabrda "Heyət Təhrir əş-Şam" silahlı qruplaşması Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya qaçıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31