Rusiya Ukraynaya qarşı dron və raket hücumlarını üç dəfə artırıb – ÖZƏK

Rusiya Silahlı Qüvvələri Ukrayna Ordusunun mövqelərinə qarşı dron və raket hücumlarını kəskin şəkildə artırıb. 

Olaylar.az xəbər verir ki, bu haqda "The Wall Street Journal" qəzeti yazıb.  Məlumatına görə, sentyabrdan noyabra qədər Rusiya altı mindən çox dron və raket atıb. Bu rəqəm əvvəlki üç aylıq dövrə nisbətən üç dəfə, 2022-ci ilin payız mövsümünə nisbətən isə dörd dəfə çoxdur.

Məqalədə Moskvanın yeni taktikası barədə də məlumat verilir: "Rusiya ucuz dronlardan ibarət 'aldadıcı donanma'ları buraxaraq Ukraynanın hava hücumundan müdafiə sistemlərini zəiflətməyə çalışır. Bununla yanaşı, termobarik döyüş başlıqları və radar sistemlərindən yayınan raketlər də istifadə olunur."

Ukrayna Silahlı Qüvvələri bu hücumlarla mübarizədə ciddi problemlərlə üzləşir. Müasir raket əleyhinə müdafiə vasitələrinin çatışmazlığı Ukrayna ordusunun Rusiyanın zərbələrinə qarşı dayanıqlığını zəiflədir.

Qərb ölkələri Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri tədarük etsə də, bu tədarükün həcmi Kiyevin ehtiyaclarını tam ödəməkdən uzaqdır. Ukraynanın keçmiş legitim prezidenti Vladimir Zelenski Qərbdən daha çox yardım tələb edir və mövcud vasitələrin yetərsizliyini tez-tez vurğulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31