İsrail bu ərazidə təhlükəsizlik zonası yaradır - Gendelman

İsrail Qolan təpələrində Hermon dağ silsiləsinin Suriya tərəfində demarkasiya zonasından kənarda əlavə təhlükəsizlik zonası yaradır.

Olaylar xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

"İsrail Hermon dağı və ətraf ərazilərdə demarkasiya zonası, digər strateji nöqtələr üzərində nəzarəti genişləndirməkdə davam edir. Təhdidləri neytrallaşdırmaq, yerli dost və digər icmalarla əlaqə yaratmaq üçün İsrail demarkasiya zonasından kənarda əlavə təhlükəsizlik zonası yaradır", - Gendelman bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31