Gürcüstan parlamenti qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
Olaylar xəbər verir ki, etirazçılar parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.
Xatırladaq ki, Tbilisidə etirazlar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb. (Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31