İranın Suriyadakı səfirliyinə basqın edilib

İranın Suriyanın Dəməşq şəhərindəki səfirliyinə basqın edilib.

Bu barədə İranın "Press TV" televiziya kanalı xəbər verib.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Xatıraladaq ki, "Həyat Təhrir əl-Şam" qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də Suriyanın şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.

Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.

Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31