Suriyanın baş naziri müxalifətlə əməkdaşlığa hazırdır
8 Dekabr 2024 11:39 DünyaSuriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Dəməşqi tərk etmək fikrində olmadığını və müxalifətlə əməkdaşlığa hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə Ərəb KİV-ləri xəbər verib.
"Biz suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazırıq", - deyə o qeyd edib.
Baş nazir dövlət qurumlarının fəaliyyətini təmin etmək istədiyini də bildirib.
"Hər kəsi rasional düşünməyə və ölkə haqqında düşünməyə çağırıram. Bu ölkəyə mənsub olan heç kəsə pislik etməyəcəklərini deyən müxalifətə əlimizi uzadırıq", - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31