Qətər XİN üç ölkənin Suriya ilə bağlı birgə bəyanatını yaydı

Qətər Xarici İşlər Nazirliyi Rusiya Federasiyası, İran, Türkiyə və beş ərəb ölkəsinin Suriyadakı vəziyyətlə bağlı birgə bəyanatını dərc edib.

Müvafiq bəyanat qurumun "X" hesabında paylaşılıb.

Bəyanata görə, danışıqlarda iştirak edən bütün tərəflər Suriyadakı böhranın siyasi həlli üçün səy göstərilməsi ilə bağlı razılığa gəliblər.

"Suriyada münaqişənin davam etməsi regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaradır və bütün tərəflər böhranın siyasi həllini tapmağa çalışmalıdır", - bəyanatda deyilir. /APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31