Suriyada silahlılar Dəməşqi nəzarətə götürdü
8 Dekabr 07:45 DünyaSuriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.
Müxalifət hərbçiləri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
"Reuters" isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31