ran diplomatlarını və hərbçilərini Suriyadan təxliyə edir
7 Dekabr 10:56 Dünyaİran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb.
Olaylar bildirir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
İddialara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edilib.
"The New York Times"ın mənbələri iddia edir ki, bəzi iranlı diplomatlar və onların ailə üzvləri, eləcə də sıravi İran vətəndaşları Suriyanı tərk edib.
İnsanların bir qismi təyyarə ilə Tehrana, bir qismi isə quru yolu ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31