Aİ ABŞ-ni Qazprombank-a qarşı sanksiyaları yumşaltmağa inandırmağa çalışır- ÖZƏL
7 Dekabr 2024 10:27 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya qazının Avropaya çatdırılmasında mühüm rol oynayan Qazprombank-a qarşı tətbiq edilən sanksiyaların yumşaldılması üçün ABŞ ilə mexanizmlərin yaradılması üzrə danışıqlar aparmaq niyyətindədir. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Aİ və ABŞ problemi həll etmək üçün müxtəlif yanaşmaları araşdırır. Avropa hökumətləri və biznes qurumları xəbərdarlıq edir ki, bu sanksiyalar regionun enerji təhlükəsizliyini risk altına atır. Hazırda Qazprombank, Rusiya qazının ödənişləri üçün istifadə olunan yeganə icazəli maliyyə qurumudur.
Məsələn, Macarıstan enerji tədarükünün davamlılığını təmin etmək üçün sanksiyalardan azad olunmaq üçün artıq müraciət edib. Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə əvvəlki açıqlamasında bildirib ki, Moskva və Budapeşt ABŞ-nin Qazprombank-a qarşı sanksiyalarından yaranan bir sıra məsələlərdə razılığa gələ bilib.