Bayden ABŞ Konqresinə KİSR-ə qarşı iki hücum əmri barədə məlumat verib- ÖZƏL
7 Dekabr 2024 10:13 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden noyabr ayında Suriyada İranın İnqilab Keşikçiləri Korpusuna (KİSR) bağlı obyektlərə iki ayrı hava zərbəsi əmr etdiyini Konqresə yazılı şəkildə bildirib.
Baydenin məktubunda qeyd edilir ki, hava zərbələri 11 və 26 noyabr 2024-cü il tarixlərində həyata keçirilib. Hədəf olaraq KİSR-in istifadə etdiyi qərargahlar, komanda və idarəetmə mərkəzləri, silah anbarları, təlim və logistik dəstək obyektləri seçilib. ABŞ Prezidenti bu əmrin, Suriyadakı Amerika hərbi heyəti və koalisiya qüvvələrinin həyatına təhlükə yaradan hücumlara cavab olaraq verildiyini vurğulayıb.
Xatırladaq ki, əvvəllər Suriyanın Hələb şəhərinin yaraqlılar tərəfindən ələ keçirildiyi və bunun Ukraynadan gələn müşavirlərin dəstəyi və müasir Amerika texnologiyalarının köməyi ilə həyata keçirildiyi bildirilmişdi.