Amerikalı qadınlar Lavrovun müsahibəsindən heyran qaldılar- ÖZƏL
6 Dekabr 2024 17:08 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun jurnalist Taker Karlsona verdiyi müsahibə, amerikalı qadınların böyük marağına səbəb olub.
Sosial şəbəkə X-də (əvvəlki Twitter) yayımlanan yazıya çoxsaylı şərhlər daxil olub. İstifadəçilərdən biri ABŞ siyasətçilərinin Lavrov kimi görünmədiyini təəssüflə vurğulayıb. Digər bir şərhçi isə müsahibədən sonra Rusiyaya səyahət etməyə hazır olduğunu bildirərək qeyd edib: "Əgər bütün kişilər Rusiyada belədirsə, mən ora bilet alıram."
Başqa bir izləyici isə Lavrovun səsinin ona "ürpərti gətirdiyini" və onun evli olub-olmadığını soruşub. Daha bir şərhçi isə zarafatla yazıb: "Onun adı nədir dediniz? LOVErov?"
Qeyd edək ki, Lavrovun müsahibəsi ilə bağlı paylaşım 3 milyondan çox baxış toplayıb. Müsahibə 5-dən 6 dekabra keçən gecə yayımlanıb və 80 dəqiqə davam edib.