Puşkov: Norveç XİN başçısına süni intellekt çipi lazımdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Norveç Xarici İşlər Naziri Esben Bart Eideyə beyninə süni intellekt çipi yerləşdirmək üçün İlon Maska müraciət etməyi təklif edib. Bu fikri o, Telegram kanalında paylaşıb.

Puşkovun sözlərinə görə, Eide yalnız şüarlar əsasında düşünür və dərin təhlil qabiliyyətindən məhrumdur:
"Belə siyasətçilər, hansı ki, Avropada çoxluq təşkil edir, yalnız şüarlar səsləndirməyi bacarır. Onların beyninə süni intellekt çipi yerləşdirmək lazımdır, çünki öz ağlı yetərsizdir."

Senatorun bu fikri Eide tərəfindən ATƏT XİN rəhbərlərinin sessiyasında Ukraynanın qələbəsi ilə bağlı səsləndirilən bəyanatlara cavab olaraq gəlib:
"Necə qalib gələcək? Nə ilə qalib gələcək? Ukraynanın məğlub olduğu açıq-aydın görünərkən bu qələbə hardandır?"

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 5-6 dekabr tarixlərində Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib. Tədbirdən öncə isə Malta, Rusiya nümayəndəsi Mariya Zaxarovaya verilən vizanı ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31