Ərdoğan: Onların hədəfi Dəməşqdir
6 Dekabr 2024 16:14 DünyaTürkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyada baş verənlərə münasibət bildirib.
Olaylar bildirir ki, Türkiyə lideri Suriya Prezidenti Bəşər Əsədə çağırış etdiklərini xatırladıb.
"İdlib, Hama, Homs və hədəf təbii ki, Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir və ümid edirik ki, bu, insidentsiz və problemsiz davam edəcək. Əsədə çağırış etmişdik. "Gəlin Suriyanın gələcəyini birlikdə müəyyən edək" demişdik. Ancaq müsbət cavab ala bilmədik", - Ərdoğan vurğulayıb. /APA/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31