Beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna danışıqlarının bərpasını dəstəkləməlidir - ÖZƏL

Beynəlxalq ictimaiyyət Moskva və Kiyev arasında birbaşa danışıqların bərpası üçün şərait yaratmalıdır.

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə 
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna böhranının həlli ilə bağlı fikirlərini şərh etmək istəyinə cavab olaraq bildirib.

"Biz həmişə inanmışıq ki, dialoq və danışıqlar böhranı həll etmək üçün yeganə etibarlı həll yoludur", - Lin Jian deyib.

"Beynəlxalq ictimaiyyət iki tərəf arasında birbaşa danışıqların bərpası üçün şərait yaratmalıdır", o əlavə edib.

O xatırladıb ki, Pekinin böhranla bağlı mövqeyi dəyişməz olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31