Avstraliya və Yeni Zelandiya müdafiə əməkdaşlığını gücləndirir – ÖZƏL

Avstraliya və Yeni Zelandiya silahlı qüvvələrinin birləşdirilməsi və ümumi maraqların qorunması üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər. 

Olaylar.az xəbər verir ki, bu, iki ölkənin xarici işlər və müdafiə nazirlərinin görüşünün nəticəsində 6 dekabr tarixində yayımlanan birgə bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Avstraliya Yeni Zelandiyanı ABŞ, Yaponiya və Hindistanın daxil olduğu Çoxtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində həyata keçirilən layihələrə cəlb edəcək. Həmçinin Yeni Zelandiyanın AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında üçtərəfli hərbi alyans) çərçivəsində iştirakına dair məsləhətləşmələr davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31