Rusiya: Soyuq müharibə hər an “isti müharibə”yə çevrilə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna və Yaxın Şərqdəki inkişaflarla dünya gərgin bir dövrə girdi. Soyuq müharibənin ardından zəifləyən ittifaqlar yenidən güclənir və silahlanma yarışları sürətlə davam edir. Son vəziyyətlə bağlı açıqlama verən Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, soyuq müharibənin hər an istiləşə biləcəyini bildirərək Qərbi xəbərdar etdi.

Lavrov, dünyada balistik raketlərin istifadəsi və hərbi ittifaq razılaşmaları ilə müharibə təhlükəsinin artdığını qeyd etdi. Suriyada baş verənlər isə Üçüncü Dünya Müharibəsi sualını gündəmə gətirdi. O, Qərbi, Ukraynaya sülh qüvvələri adı altında qoşun göndərməyə çalışanların vəziyyəti daha da pisləşdirdiyini vurğuladı və belə fikirlər irəli sürənlərin Vladimir Putinin xəbərdarlıqlarını görməməzlikdən gəldiyini ifadə etdi.

Fransa Xarici İşlər Naziri Jean-Noel Barrot, ötən ay etdiyi açıqlamada, Ukraynaya dəstək vermək üçün heç bir qırmızı xətt olmadığını və ordu göndərmənin də daxil ola biləcəyini bildirmişdi. Almaniya kansleri Olaf Şolts isə Ukraynaya qoşun göndərməyin indiki mərhələdə uyğun olmadığını bildirib və bu addım üçün hələ çox erkən olduğunu söyləmişdi.

Lavrov, Asiya-Pasifik bölgəsi ilə bağlı açıqlamalarda verərək, ABŞ-ni Avrasiya və Sakit okean bölgələrini qeyri-sabitləşdirməkdə ittiham etdi. ABŞ-nin Asiyada müttəfiqləri ilə apardığı təlimlərə diqqət çəkən Lavrov, bu cür hərəkətlərin regionu təhlükəyə atdığını vurğuladı və ABŞ-ni xəbərdarlıq etdi. Sonda, Avrasiya ölkələrinin özlərinə güvənməli olduğunu bildirərək, Atlantik-Qərbi Avropa xəttinə qarşı bir Avrasiya İttifaqının əhəmiyyətini qeyd etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31