Zəlzələdən sonra sunami xəbərdarlığı - Əhali ölkədən qaçır
6 Dekabr 2024 12:28 DünyaXəbər verdiyimiz kimi bu gün ABŞ-də 7 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Kaliforniya və Oreqon ştatlarında hiss olunan zəlzələdən sonra ABŞ Milli Hava Xidmətinin Sunami Mərkəzi sunami xəbərdarlığı edib. ABŞ-ın ən böyük ştatı olan Kaliforniyanın şimalında baş verən zəlzələ və ardınca sunami xəbərdarlığı bölgəni təşvişə salıb.
Amerika mediası sunami xəbərdarlığının ən azı 5 milyon insanı əhatə etdiyini bildirib.
Xəbərdarlıqdan sonra sahilyanı ərazilərdə yaşayan insanlar daxili ərazilərə qaçmağa başlayıb və nəqliyyatda uzun növbələr yaranıb.
Qeyd edək ki, ABŞ Milli Hava Xidmətinə bağlı Sunami Mərkəzi ilk xəbərdarlığından bir müddət sonra sunami xəbərdarlığını ləğv etdiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31