Kursk vilayətinin qubernatoru Aleksey Smirnov vəzifəsindən istefa verdi – ÖZƏL
6 Dekabr 2024 11:26 DünyaRusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun istefasını qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Aleksey Smirnov öz istəyilə istefa ərizəsi verib. O, yeni bir işə keçəcək," - deyə Peskov jurnalistlərə bildirib. Lakin Smirnovun istefa səbəbləri və gələcək vəzifəsi barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Aleksey Smirnov bu ilin may ayında Kursk vilayətinin müvəqqəti icraçı qubernatoru təyin edilmişdi. Ondan əvvəl isə o, sərhəd regionun hökumətinin sədri vəzifəsində çalışıb.
Rusita Prezidentinin sərəncamına əsasən, 5 dekabrdan etibarən Kursk vilayətinin müvəqqəti icraçı qubernatoru vəzifəsini Aleksandr Xinşteyn icra edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31